İranda molla rejiminə qarşı çıxan etirazçıların edam edilməsi günü-gündən artır.
Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, bu aksiyaçılardan biri 23 yaşlı Məcidreza Rahnavardın video müraciəti yayılıb. Müraciət zamanı onu ətrafda maskalı cəlladlar müşayiət edib.
O, ölümündən bir neçə dəqiqə əvvəl bu sözləri deyib:
“Məzarəmda quran oxunmasın, namaz qılınmasın, ağlanılmasın. Hamı mahnı oxuyub əylənsin!”.