Dünyanın ən seksual alimi köpəkbalığı ilə üzdü - VİDEO
10 noyabr 2023 12:32 (UTC +04:00)

Dünyanın ən seksual alimi köpəkbalığı ilə üzdü - VİDEO

“Dünyanın ən seksual alimi” adlandırılan tədqiqatçı, yazıçı və bikinili model Rozi Mur pələng köpəkbalığı ilə üzüb.

Lent.az-ın məlumatına görə, bu barədə Daily Star xəbər verir.

26 yaşlı Mur sosial şəbəkədəki səhifəsində sualtı dalğıc Kristina Rekalde ilə ölümcül yırtıcı balıqlarla suya daldığı video yayımlayıb. Araşdırmaçı cütlüyü operator müşayiət edib. Qadınlar bir neçə dəfə köpək balıqlarının santimetrlərinə qədər üzərək onu lentə alıblar.

Mur üçün bu ilk deyil. Sentyabr ayında o, dostları ilə üzərkən böyük yırtıcı balıqlarla qarşılaşıb. Alim həmin videonun altına “Sadəcə qızlar qız kimi şeylər edir” sözləri yazıb.

20 yaşında Mur Florida Atlantik Universitetində oxuyub və ətraf mühit elmini öyrənməyə başlayıb. Daha sonra o, magistratura təhsilini davam etdirib və diqqətini su ehtiyatları, coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarını öyrənməyə yönəldib.

Pələng köpəkbalığı dünyada ən çox yayılmış yırtıcı balıqlardan biridir. Onlar bütün planetin tropic, eləcə də subtropik sularında yaşayır və tez-tez insanlara hücum edirlər. Bu balıqların uzunluğu 4,5 metrə, çəkisi isə 600 kiloqramdan çox ola bilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6390
avatar

Oxşar yazılar