Dünyanın  ən kiçik   atı - VİDEO
02 iyun 2023 16:16 (UTC +04:00)

Dünyanın ən kiçik atı - VİDEO

Bu il anadangəlmə qüsurlu bir neçə balaca at dünyaya gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sahibləri atın da anadangəlmə kor və kar, çənəsinin qeyri-bərabər olduğunu, heyvanın düzgün qidalana bilməyəcəyini, bədəninin normal böyümə və inkişaf üçün çox kiçik olduğunu bildiriblər.

Sahibləri heyvanı evtanaziya etməyi düşünsələr də, fikirlərindən daşınıblar. Daha sonra atı ev heyvanı kimi alınmasını təklif ediblər. Beləliklə, heyvanın fotoşəkili San Dieqoda (Kaliforniya) at təlimçisi Faith Smitin əlinə keçib. O, dərhal "Peabody"ni alıb.

At yeni evə və iqlimə alışdıqdan sonra çox şey dəyişib. Məlum olub ki, at heç də kor deyil və çənəsi ona normal qidalanmağa imkan verir. Yeganə əhəmiyyətli problem onun ölçüsüdür. "Peabody" digər atlar arasında, hətta ponilər arasında olmaq üçün çox kiçikdir.

# 3810
avatar

Fidan İlqar

Oxşar yazılar