Dünya çempionatının  ən yaxşı qolu   -  VİDEO
23 dekabr 2022 14:07 (UTC +04:00)

Dünya çempionatının ən yaxşı qolu - VİDEO

Braziliya millisinin hücumçusu Rişarlison 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında ən yaxşı qolun müəllifi olub. 

Lent.az bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.

FİFA braziliyalı futbolçunun turnirin qrup mərhələsinin ilk turunda Serbiya millisi ilə qarşılaşmada vurduğu zərbəni ən yaxşı qol seçib. Rişarlison səsvermədə Neymarın komanda yoldaşı fransalı Kilian Mbappe, argentinalı Enzo Fernandes və kamerunlu Vinsent Abubakarı, meksikalı Luis Çaves, koreyalı Pak Sın Ho, hollandiyalı Kodi Qakpo və Səudiyyə Ərəbistanından Salem Əl-Dosari qabaqlayıb.

Braziliya ¼ finalda Xorvatiyaya penaltilər seriyasında məğlub olub. Avropa komandası turniri üçüncü yerdə başa vurub.

Qalib finalda Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisi olub. Dünya çempionatının ən yaxşı futbolçusu adını Argentina millisinin kapitanı Lionel Messi alıb. Mbappe səkkiz qolla turnirin bombardiri olub.


 

Dünya çempionatının ən yaxşı qolu AÇIQLANDI

# 2787
avatar

Oxşar yazılar