ABŞ prezidenti Co Bayden Corciya ştatında çıxışı zamanı dərhal qoruyucu maskasını tapa bilməyib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədbir zamanı səhnəyə iki demokrat senator qalxıb. Bayden həmin an qoruyucu vasitəni axtarıb. Bir neçə dəfə kağızlar olan qovluğuna baxıb, tribunanı yoxlayıb və hətta axtarış prosesinə həyat yoldaşı Cilli də qoşub.
“Maskamı axtarıram, problemim var”, - peyvəndlənən prezident auditoriyaya üzünü tutaraq deyib.
Kadrlardan görünür ki, Gizli xidmətin əməkdaşları prezidentə yeni maska gətirirlər. Həmin saniyələrdə Bayden itirdiyi maskasını şalvarının cibindən tapıb. Dövlət başçısı axtarış üçün 40 saniyə sərf edib.