Bakıda YANĞIN:  yaralanan var - VİDEO
22 mart 2025 11:36 (UTC +04:00)

Bakıda YANĞIN: yaralanan var - VİDEO

Bakı şəhərində 3-cü Alatava ərazisindəki fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının biri-birinə bitişik evlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində hər mərtəbəsi 50m² olmaqla ümumi sahəsi 100m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40m² olmaqla ümumi sahəsi 80m² olan ikimərtəbəli dördotaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 20m² sahədə yanıb. Bitişik digər evlər yanğından mühafizə olunub. Hadisə zamanı bir nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar

Bakıda lombarda silahlı BASQIN - HADİSƏ ANI

Bakıda lombarda silahlı BASQIN - HADİSƏ ANI

22 mart 2025 , 12:40
Bu mesajlara aldanmayın,  yazan dostunuz deyil - VİDEO

Bu mesajlara aldanmayın, yazan dostunuz deyil - VİDEO

22 mart 2025 , 11:40
Tualet kabinəsindən maşın düzəltdi - VİDEO

Tualet kabinəsindən maşın düzəltdi - VİDEO

19 mart 2025 , 16:24
Ağdam sakini tapdığı avtomatla birgə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

Ağdam sakini tapdığı avtomatla birgə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

19 mart 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

19 mart 2025 , 10:00
Lənkəranlı “Nənələr” necə məşhur oldu? - VİDEO

Lənkəranlı “Nənələr” necə məşhur oldu? - VİDEO

18 mart 2025 , 17:35
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

18 mart 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 mart 2025 , 10:00