Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı - VİDEO  - YENİLƏNİB
03 sentyabr 2022 15:46 (UTC +04:00)

Bakıda uşaqlara işgəncə verilən mərkəzin rəhbəri saxlanıldı - VİDEO - YENİLƏNİB

Bakının Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli  hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-dən Lent.az-a verilən məlumata görə, faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. 

İstintaq hərəkətləri davam etdirilir.

***

15:06

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) ilə cinayət işi başlanılıb.

***

10:12

Səhiyyə Nazirliyi bildirir ki, ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır.  

Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

***

10:10

Bakının Nizami rayonu ərazisində yerləşən "Loqopedik" reabilitasiya mərkəzində uşağa işgəncə verilməsinə dair görüntülər araşdırılır.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

***

09:41

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə azyaşlı uşaqlara zor tətbiq edilməsi əks olunan dəhşətli kadlar paylaşıb.

Lent.az-ın məlumatına görə, videogörüntüdə Bakının Nizami rayonunda yerləşən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia edilib. 

Sözügedən videonu sosial şəbəkələrdə adının çəkilməsini istəməyən şəxs paylaşıb. Videoçarxda açıq görünür ki, tərbiyəçilər uşaqları saçlarından tutaraq dartır, döyür, təhqir edir, incidirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib.

Həmin videonu təqdim edirik:

# 11817
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar