Bakıda binalarda yeni OĞURLUQ ÜSULU:   kameraya düşməsin deyə işığı söndürür - VİDEO  - YENİLƏNİB
24 aprel 2024 19:10 (UTC +04:00)

Bakıda binalarda yeni OĞURLUQ ÜSULU: kameraya düşməsin deyə işığı söndürür - VİDEO - YENİLƏNİB

Bakıda binada baş verən oğurluqla bağlı polis araşdırmalara başlayıb. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli Lent.az-a  bildirib ki, yayılan görüntülər araşdırılır.

Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

***

Saat 15:48

Bakıda oğrular binalardan oğurluğun yeni üsulunu tapıblar.

Bu barədə Lent.az-a Xətai rayon, Əhmədli qəsəbə sakinləri məlumat veriblər.

Sakinlər binanın təhlükəsizlik kameralarına düşən görüntüləri də Lent.az-a təqdim ediblər.

Görüntülərdən məlum olur ki, binaya oğurluğa girən iki yeniyetmə təhlükəsizlik kamerasını görüb, geri qayıdır, liftlə yuxarı mərtəbəyə qalxıb, oradan pilləkənlə kamera olan mərtəbəyə düşürlər. 

Daha sonra onlar kameranın altında yerləşən elektrik qutusuna yaxınlaşıb, işığı söndürürlər ki, kameraya düşməyib, oğurluqlarını rahat həyata keçirə bilsinlər. 

Lakin görüntülərdən də aydın olur ki, oğrular məqsədlərinə çatmayıblar, belə ki işığı söndürmək üçün elektrik qutusuna yaxınlaşarkən sifətləri kameraya düşür. 

Sakinlər qeyd edir ki, bu taktika ilə 1 ay əvvəl binadan velosiped və skuter oğurlanıb. 

# 4137
avatar

Oxşar yazılar