Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” oyununda baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, əməli törətməkdə şübhəli bilinən şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.
Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, oyundan sonra azarkeşlər qonaq komandanın futbolçularını döyüblər.