Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb
09 may 2024 18:25 (UTC +04:00)

Rusiya DİN Zelenski və Poroşenkonun axtarışını dayandırıb

Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın keçmiş lideri Pyotr Poroşenko məlumat bazasından yoxa çıxıblar. Onların adları ilə bağlı sorğular heç bir nəticə vermir.

Lent.az     Rusiya mediasına istinadla bildirir ki, sorğuları daxil etdikdən sonra mesajda "Sorğunuz üçün heç bir məlumat yoxdur" deyilir.

Qeyd edək ki, mayın 4-də Rusiya Daxili İşlər Nazirliyi Zelenski və Poroşenkonu axtarışa verib.

“Shot Telegram” kanalı yazıb ki, Zelenskiyə qarşı Donetsk Xalq Respublikasında (DXR) iki maddə - təcavüzkar müharibənin başlanması, aparılması, qadağan olunmuş döyüş vasitə və üsullarından istifadə ilə bağlı cinayət işi açılıb. Mənbənin sözlərinə görə, Pyotr Poroşenkoya da qarşı eyni maddələrlə iş açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Oxşar yazılar