Şimali Karolinalı David Atvell 837.187 dollarlıq lotereya cekpotunu qazanıb. O, bacısının qızıl xəzinəsi tapdığı “peyğəmbərlik” yuxusunda varlanacağını qabaqcadan söyləndiyini iddia edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Atvell "Jiffy Quick"dən aldığı 1 dollarlıq "Cash 5" biletindən uduşunu öyrənəndə sevincini saxlaya bilməyib.
"Mən məəttəl qaldım. Əvvəlcə cekpotun 100.000 dollara qayıtdığını gördüm və başa düşdüm ki, kimsə qalib gəlib. Mən heç özüm də bilmirdim", - şanslı qalib etiraf edib.
Vergilərdən sonra Atvellin hesabında 598.591 dollar olub və o, artıq uduşunun bir hissəsini kilsəsinə bağışlamağı, qalanını isə hesabları ödəmək üçün istifadə etməyi planlaşdırdığını söyləyib.