Rusiya hərbçiləri Azərbaycanla sərhəddən çıxarılır
09 may 2024 13:24 (UTC +04:00)

Rusiya hərbçiləri Azərbaycanla sərhəddən çıxarılır

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında və Azərbaycanla sərhəddəki məntəqlərdə fəaliyyətinin dayandırılması ilə bağlı razılaşmanın əldə olunması xəbəri təsdiqlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan "Facebook" hesabında bildirib.

"Əldə edilən razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Qeqarkunik, Ararat marzedə yerləşən Rusiyanın sərhəd qoşunları və hərbi məntəqələri fəaliyyətini dayandıraraq həmin məntəqələrdən çıxacaq. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması barədə qərar da ən yüksək səviyyədə təsdiqlənib", Ermənistan rəsmisi bildirib.

Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, Ermənistan Baş naziri Nikol Paşinyanın daha sonra elan etdiyi kimi, mandat və razılaşma olmadan Tavuş və Sünikdə yeni bazalar yaradıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4014
avatar

Oxşar yazılar