Hindistanın Racastan əyalətində zorlanaraq öldürülən qadının ailəsi cinayətkar və yaxınlarının evini yandırıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, evli qadın aprelin 27-də zorlanaraq öldürülüb. Onun cəsədi ertəsi gün tapılıb. Şübhəli aprelin 29-da saxlanılaraq nəzarətə götürülüb.
Lakin mərhumun qəzəbli ailəsi təcavüz edənin yaxınlarından qisas almaq qərarına gəlib. Onlar cinayətkarın evini yandırıblar və nəticədə 7-8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yanğın törədənlərin polis avtomobilini sındırdıqları da qeyd edilir. Hadisəni törədənlər saxlanılıb.