Bakıda 13 il əvvəl terror törədilən "Əbu Bəkr" məscidi təmir olunur.
Lent.az-ın məlumatına görə, paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yerləşən "Əbu Bəkr" məscidində əsaslı təmir işlərinə başlanılıb.
Məscidin imamı hacı Qamət Süleymanov saytımıza bildirib ki, təmir işləri dövlət tərəfindən həyata keçirilir: “Dövlət məscidimizin təmirinə başlayıb. Qəzalı vəziyyətdə olan minarə və ümumən bina tam təmir ediləcək. Təmir işləri 1 il çəkər. Təmir işləri başa çatandan sonra məscid ibadət üçün açılacaq”.
Qeyd edək ki, 2008-ci ildə "Əbu Bəkr" məscidində törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanmışdı. Terrordan sonra məscidin fəaliyyəti dayandılıb.
Lent.az məsciddə aparılan təmirdən görüntüləri təqdim edir: