Bu gün axşam saatlarında Binəqədi şossesində, Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati binası və həyəti daxil olmaqla küçəni kanalizasiya suyu basıb.
Lent.az "avtosfer.az"a istinadla bildirir ki, kanalizasiya suyu daşaraq, ətraf əraziləri, insanların həyətini və evinə dolub. Hadisənin miqyası o qədər geniş olub ki, Binəqədi rayon DYPŞ-nın həyəti, inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Əhali buna etiraz olaraq yolu bağlayıb.
Görüntüləri təqdim edirik: