Dini toy karvanı
25 oktyabr 2021 10:35 (UTC +04:00)

Dini toy karvanı

Bakıda dini toy karvanında ÖZBAŞINALIQ: 19 nəfər saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə Bakı küçələrində dini toy karvanının görüntüləri yayılıb. 

Lent.az xəbər verir ki, toy karvanında hərəkət edən sürücülərin avtoxuliqanlıq etdikləri, yol hərəkəti qaydalarını pozduqları bildirilir.

Bundan əlavə, karvanla hərəkət edən avtomobillərdə dini bayraqlar nümayiş etdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dünən - oktyabrın 24-də Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər:

“Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri – Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Toyun təşkilatçısı olan A. Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Bakıda dini toy karvanı

# 10857
avatar

Mehman Nəbiyev

Oxşar yazılar