Bakıda COP zolaqları  bu tarixdən qüvvədən düşür - RƏSMİ  -YENİLƏNİB
23 noyabr 2024 12:53 (UTC +04:00)

Bakıda COP zolaqları bu tarixdən qüvvədən düşür - RƏSMİ -YENİLƏNİB

Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, öncədən də məlumat verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Bu məqsədlə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək. 

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbini pozmamaq xahiş edilir.

***
10:44

Bakıda COP zolaqlarının ləğvinə başlanılıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, ilk olaraq Koroğlu Rəhimov küçəsinə çəkilən zolaqların ləğvinə başlanılıb.

Paytaxtdakı bütün COP zolaqlarının isə ləğv olunması barədə hələlik dəqiq məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Oxşar yazılar