Bakıda limon ağacı gözlənilməz səviyyədə bar verib.
Lent.az xəbər verir ki, paytaxt sakini Zəfər Sadıqov Binəqədi rayonu “Vorovski” adlanan ərazidə illər öncə limon ağacı əkib. O, saytımıza bildirib ki, ağac tingi Ordubad rayonundan göndərilib. Bu il isə limon ağacı sahibini gözlənilməz dərəcədə sevindirib. Belə ki, Bakıda sitrus meyvəsinin belə məhsuldarlığı heyrətə səbəb olub.
Həmsöhbətimiz Z. Sadıqov qeyd edib ki, ağacı şaxta vurmasın deyə qışda salafana büküb. Salafanı dünən, martın 4-də açıb.
Nəticədə bol məhsulun şahidi olub.