Sürüşüb qəzaya düşən maşınlar
24 fevral 2021 10:39 (UTC +04:00)

Sürüşüb qəzaya düşən maşınlar

Bakıda 20-dən çox maşın bir-birinə çırpıldı, ölən var -VİDEO-YENİLƏNİB

Bakı-Qazax yolunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytnantı Namidan Piriyev deyib. Onun sözlərinə görə, hazırda sözügedən yol nəqliyyatın hərəkəti üçün açıqdır.

 

09:50

 

Yolların buz bağlaması Bakı-Qazax yolunda qəzaya səbəb olub.

Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində, "Binə" ticarət mərkəzinin yaxınlığında 20-dən artıq avtomobil buzlu yolda sürüşərək bir-birinə çırpılıb. Onlar arasında iritonnajlı yük avtomobilləri, mikroavtobus və çoxlu sayda minik maşını var.

Hadisə zamanı ölən və yaralananlar barədə hələ ki, dəqiq məlumat yoxdur.

Bakıda 20-dən çox maşın sürüşüb qəza törətdi

# 5832
avatar

Mehman Nəbiyev

Oxşar yazılar