Bakıda şadlıq evlərinin birində keçirilən toyda qəribə hadisə yaşanıb.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda övladlarını evləndirən valideynlər rəqs şousu hazırlayıblar.
Səhnədə qarşı-qarşıya milli rəqs oynayan qudaların arasına pərdə tutulub. İnsanlar güman edir ki, bu şou "Arşın mal alan" filmindən götürülüb.
Müzakirələrə səbəb olan videonu təqdim edirik: