Bakı-Quba yolunda yuxulu sürücü  piyadanı vurub öldürdü - HADİSƏ ANI
09 oktyabr 2025 11:33 (UTC +04:00)

Bakı-Quba yolunda yuxulu sürücü piyadanı vurub öldürdü - HADİSƏ ANI

0

Bakı–Quba yolunda avtomobil piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, bu gün saat 08:50-da un 27-ci kilometrliyində baş verib.

İlkin məlumata əsasən, 41 yaşlı Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 30 yaşlı piyada Kənan Nəsirovu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşmək yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar