Azərbaycanlı aktrisaya HÜCUM OLDU  - ANBAAN VİDEO
29 noyabr 2021 14:11 (UTC +04:00)

Azərbaycanlı aktrisaya HÜCUM OLDU - ANBAAN VİDEO

Azərbaycanlı aktrisa Nərgiz Əliyevanın başına iş gəlib.

Lent.az-ın məlumatına görə, aktrisaya naməlum kişi tərəfindən hücum olub. Nərgiz bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Dünən təxminən saat 17:00 radələrində şəhərin mərkəzində-Nizami küçəsində bir kişi maşınıma yaxınlaşdı. Yaxşı ki, həmin dəqiqə qapıları bağladım. Sonra maşının qapısını açmağa çalışdı, pəncərəyə yumruqlar vurdu. Çox qorxdum. Maşında qızım da ola bilərdi. Nə isə... Bunu yazmaqda məqsədim odur ki, həmin dəqiqə heç kim kömək etmədi. Kənardan kişilər baxıb gülürdülər. Polisdən xahiş edirəm bu insanı tapıb, izahatını alsınlar. Bilmək olmaz, sabah nə baş verəcək və kimin qarşısına çıxacaq”.

# 4911
avatar

Yalçın UĞUR

Oxşar yazılar