Azərbaycanda İLK:   pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıldı - VİDEO
01 avqust 2021 11:44 (UTC +04:00)

Azərbaycanda İLK: pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıldı - VİDEO

Zaqatalada maraqlı hadisə yaşanıb.

Lent.az xəbər verir ki, rayonun Yuxarı Tala kəndinin baytar həkimi Novruz Qurbanov  doğuş etməkdə çətinlik çəkən pişiyin üzərində qeysəriyyə əməliyyatı aparıb. Əməliyyat uğurla keçib, pişik və balaları sağ-salamatdır.

N.Qurbanov Lent.az-a açıqlamasında pişik üzərində ilk dəfədir belə bir əməliyyat keçirdiyini bildirib: "İki gün idi pişik doğuş edə bilmirdi. Heyvan çox əziyyət çəkirdi. Belə qalsaydı özü də, balaları da ölə bilərdi. Mənə müraciət olunan kimi dərhal əməliyyata razılıq verdim. Dörd balasını pişiyin bətnindən çıxardıq. Çox şükür hər şey yaxşı bitdi. Hazırda pişiyin və balalarının vəziyyəti yaxşıdır".

Lent.az əməliyyat görüntülərini təqdim edir:

# 6117
avatar

Oxşar yazılar