Sosial şəbəkələrdə azyaşlıya qeyri-etik hərəkətlər edilməsi ilə bağlı video yayılıb.
Lent.az xəbər verir ki, Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə videonu “Facebook” hesabında paylaşıb. Videoda bir şəxs azyaşlını siqaret çəkməyə məcbur edir və uşağın başına pul səpir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar və araşdırma aparılır.