Atı liftlə altıncı mərtəbəyə qaldırdı –  Günün VİDEOSU
29 aprel 2021 15:22 (UTC +04:00)

Atı liftlə altıncı mərtəbəyə qaldırdı – Günün VİDEOSU

İsrailin Tel-Əviv şəhərindəki yaşayış binalarından birində video müşahidə kameraları atın bir göydələnin liftinə girdiyini qeydə alıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu maraqlı kadrlar sürətlə sosial şəbəkələrdə yayılıb.

Məlum olub ki, yerli sakin şəhərin ətrafında atla gəzib və sonra dostunu ziyarət etmək qərarına gəlib. Kişi heyvanı aşağıda buraxmaq istəməyib - oğurlanacağından qorxub və özü ilə altıncı mərtəbəyə aparmaq qərarına gəlib.
Binanın sakinləri əsəbiləşiblər. Bəziləri istehza ilə zarafat edərkən, digərləri polisə şikayət edib.

“Görünür ki, binada davranış qaydalarına atların girişi və liftə daşınmasının qadağan edilməsini yazmamaqla səhv etmişik”, - ev komitəsinin nümayəndəsi ümumi qrupda yazıb.

Atın sahibi və dostu saxlanılıb, heyvanlara qarşı qəddarlıqda günahlandırılır.

 

# 3675
avatar

Oxşar yazılar