Mahaçqalada baş verən faciədə həlak olanlar arasında 18 yaşlı hamilə qız da olub.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 8 aylıq hamilə olan mərhum Moskvadan Dağıstana, ata evinə gəlib. Ər işə görə Moskvada qalıb və o, valideynlərini ziyarət edib dincəlmək istəyib.
Qadın axşam saatlarında, yanacaqdoldurma məntəqəsinin yaxınlağındakı evdən valideynləri ilə gəzməyə çıxıb. Elə həmin an məntəqəsinin yanından keçərkən orada güclü partlayış olub. Nəticədə qız valideynləri ilə birlikdə yerindəcə keçinib.