Yanacaqdoldurma məntəqəsində partlayış: 30 nəfər öldü -YENİLƏNİB
15 avqust 2023 10:21 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsində partlayış: 30 nəfər öldü -YENİLƏNİB

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində xəsarət alanların sayı 100-ü keçib. Yaralıların içində azyaşlılar da var.

 

***

08:16

 

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı yenidən artıb.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Ölənlərin sayının 27 nəfərə çatdığı, 75-nin isə yaralandığı qeyd olunub.

***

Saat 03:59

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə nəticəsində 25 nəfər həlak olub.

Xəsarət alan 66 nəfərdən 10-un vəziyyəti ağır qiymətləndirilir.

Yanğın gecə saat 2 radələrində söndürülüb.

***

Saat 02:43

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölənlərdən ikisinin azyaşlı olduğu deyilir.

Hadisədə yaralananların sayı 56 nəfərdir.

***

Saat 00:28

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.

Lent.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində 10 nəfər ölüb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6993
avatar

Oxşar yazılar