Arxada oturan 3 qadın hadisə yerində keçindi – DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ
24 oktyabr 2021 22:17 (UTC +04:00)

Arxada oturan 3 qadın hadisə yerində keçindi – DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ

Rusiyada 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, günort saat 5 radələrində Başqırdıstan Respublikasının ərazisindən keçən M5 “Ural” magistralının 1335-ci kilometrliyində “SCANIA” markalı yük maşını ilə “VAZ-2112” markalı minik avtomobili toqquşub.  

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində minik avtomobilində arxa oturacaqda əyləşən 58, 55 və 33 yaşlarında olan 3 qadın hadisə yerində dünyasını dəyişib.

35 yaşlı sürücü və 38 yaşlı qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

# 9075
avatar

Oxşar yazılar