Türkiyədə ana və 4 yaşlı övladını maşın vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkirin Bağlar qəsəbəsində baş verib. Ana övladı ilə birgə yolu keçərkən onları avtomobil vuraraq bir neçə metr sürüyüb.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onlara ilkin yardım göstərdikdən sonra yaxınlıqdakı xəstəxanaya aparılıblar. Ananın vəziyyətinin hələ də ağır olduğu, övladının isə ayaqlarının qırıldığı bildirilir.
Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına həkk olunub. Görüntüləri təqdim edirik: