Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından DANIŞDI  - VİDEO
25 yanvar 2023 11:06 (UTC +04:00)

Aktrisa Tünzalə Əliyevanın adına fond yaradılmasından DANIŞDI - VİDEO

Tanınmış aktrisa Ülviyyə Əliyeva mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı açıqlama yayıb.

Lent.az xəbər verir ki, "Instagram" hesabında video paylaşan aktrisa Xalq artisti Afaq Bəşirqızının Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifi barədə danışıb:

"Sənətkarımız Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun xalqa, tamaşaçılara heç bir aidiyyatı yoxdur. Fond incəsənət xadimləri, aktyorlar üçündür. Yalnız onlar fond yaratsınlar və ora pul yatırsınlar ki, Zəhranın gələcəkdə zəmanəti olsun. O pulu böyüyəndə istəyər təhsilinə, istəyər cehizinə xərcləsin. Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub. İstər müalicəsində,istərsə də ev almasında”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 22 yanvarda dünyasını dəyişib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Ülviyyə Əliyeva mərhum aktrisadan danışdı

# 4605
avatar

Nigar Namiq

Oxşar yazılar