Yekaterinburqda 15 polis maşını ehtiyatsız sürücünü təqib edib.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, hadisə axşam saatlarında baş verib. Polislər ayda pozan maşını saxlamağa çalışsalar da, o, qanuni tələblərə məhəl qoymayıb.
Polis sürücünü dayandırmaq üçün təkərlərə atəş açmalı olub. Saxlanılan sürücü özü “axmaqlığı ucbatından” bu vəziyyətə düşdüyünü deyib.
Saxlanılan sürücü, Yekaterinburq sakini Dominik Toretto tibbi müayinədən də imtina edib.