Valideynlər özlərindən xəbərsiz uşaqlara yalan  danışır
30 may 2024 14:15 (UTC +04:00)

Valideynlər özlərindən xəbərsiz uşaqlara yalan danışır

Bir qayda olaraq, aldatma formatları genişdir. Bəzi valideynlər övladlarını müxtəlif nağıl məxluqları ilə qorxudur, yaxşı sehrbazların varlığı barədə yalan danışır, heç vaxt tətbiq edilməyəcək cəzalarla hədələyir. Lakin valideynlər övladlarına daim yalan danışdıqlarının fərqinə varmırlar. Uşaqların istəyini ertələmək üçün olsa belə, valideynlər yalana əl atmamalıdırlar.  

Niyə uşaqlara yalan danışmaq olmaz?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər uşaq hətta şüuraltı səviyyədə olsa da, böyüklərin davranışını kopyalamağa çalışdığını deyiblər.

Əgər uşağınızın yalana meylli böyüməsini istəmirsinizsə, ona bu “sənəti” öyrətməməyə çalışın. Həmişə realist olmağa üstünlük verin. Əgər övladlarınız sizi aldatdığınızı görürsə, davranışınızın səbəbini mümkün qədər ətraflı və dürüst şəkildə açmağa çalışın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Fidan İlqar

Oxşar yazılar