Evdə uşaqlar üçün sağlamlığa təhlükə yaradan 10 ƏSAS ƏŞYA
06 may 2025 16:30 (UTC +04:00)

Evdə uşaqlar üçün sağlamlığa təhlükə yaradan 10 ƏSAS ƏŞYA

Hətta ilk baxışdan tam təhlükəsiz görünən evlərdə də körpələr üçün ciddi risklər gizlənə bilər. Bu risklərin çoxu evdə qarşısı alına biləcək vəziyyətlərdir. Uşaq həkimi Darya Vlasenko xəbərdarlıq edir ki, uşaq travmalarının 90 faizi evdə baş verir. Və əksəriyyəti elə əşyalardır ki, hər birimizin evində var. Valideynlərin əsas vəzifəsi - bu əşyaları uşaqlar üçün əlçatmaz etməkdir.

Lent.az bu 10 əşyanı təqdim edir:

Uşaqlar üçün təhlükəli 10 ev əşyası

Pul sikkələri, batareyalar və maqnitlər. Kiçik əşyalar boğulma və ya həzm sisteminə zərər riski daşıyır. Xüsusilə düymə formalı batareyalar – udulduqda iç orqanlarda yanıq yarada bilər. Maqnitli konstruktorlar və kiçik maqnit toplar da çox təhlükəlidir.

Dərmanlar və vitaminlər

Uşaq zəhərlənmələrinin 70 faizi valideyn nəzarətsizliyindən qaynaqlanır. Hətta mazlar və vitaminlər belə uşaqdan uzaqda saxlanmalıdır. Həkim bildirir ki, qonaq gəlmiş nənənin çantası da təhlükə mənbəyidir.

Məişət kimyəvi maddələri

3 yaşadək uşaqlarda zəhərlənmələrin 20 faizi təmizləyici vasitələrlə bağlıdır. Yuyucu kapsullar, dezinfeksiyaedici spreylər, parladıcılar göz səviyyəsində olmamalıdır.

Şunurlar, enerji adapterləri və uzadıcılar

ABŞ-da gündəlik 10 uşaq elektrik yanığı və zədəsi ilə təcili yardıma müraciət edir. Gecələr sərbəst qalan şunurlar həmçinin boğulma riski daşıyır.

Paketlər və nazik plyonka

Xüsusilə şəffaf nazik paketlər uşaqlar üçün həddindən artıq təhlükəlidir:

Boğulma riski: başına keçirdikdə hava çatışmazlığı yaranır

Dolaşma riski: boyuna dolana bilər

Udulma riski: dişlədikdə boğulma ola bilər

Valideynlər bu əşyaları uşağın əl çatmayan yerində saxlamalı və nəzarətsiz qoymamalıdır.

Evdəki bəzi otaq bitkiləri

Otaq bitkilərinin 30 faizi udulduqda zəhərlidir. Məsələn, difffenbaxiya, filodendron, kroton – udulduqda qusma, ürəkbulanma və selikli qişanın yanmasına səbəb ola bilər.

Kəskin künclü mebellər

Kiçik yaşlı uşaqlarda hər 4 baş travmasından biri mebel küncləri ilə bağlıdır. Stol, şkaf və ya tumanın iti kənarları dərin kəsiklərə və beyin silkələnməsinə səbəb ola bilər.

Pəncərələr

5 yaşadək uşaqlarda ölümcül travmaların əsas səbəblərindən biri pəncərədən yıxılmadır. Bu hadisələrin çoxu gündüz, valideyn evdə olanda baş verir. Körpələr 12-18 ayından etibarən pəncərə altlıqlarına qalxa bilirlər.

Siqaret məhsulları və elektron siqaret mayeləri

Elektron siqaret mayeləri çox cəlbedici görünür və şirin qoxulu olur – uşaq üçün cazibədardır. Cəmi bir neçə damla nikotin mayesi uşaq üçün öldürücü ola bilər. Təkcə 2023-cü ildə Aİ-də 800-dən çox zəhərlənmə hadisəsi qeydə alınıb.

İpləri və zəncirləri olan pərdələr

Körpələr bu iplərə dolaşaraq boğula bilərlər.

Tövsiyə olunur

İpsiz pərdə modellərindən istifadə edin

Və ya ipləri tamamilə uşağın çata bilməyəcəyi yerə bağlayın

Valideynlər üçün tövsiyə

Bu sadalanan əşyalar hamımızın evində var və ciddi nəticələr doğura bilər. Mütləq uşaq təhlükəsizliyi tədbirləri görülməli və körpələrə bu əşyalar barədə yaşlarına uyğun izahlar verilməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar