Türkiyə dörd dəniz ilə əhatə olunan ölkədir ki, burada siz həm Egey dənizini, həm Qara dənizi, həm Mərmərə dənizini, həm də Aralıq dənizini görə bilərsiniz. Məhz bu səbəbdən Türkiyədə çimərliklərin sayı göydəki ulduzlar qədərdir.
Lent.az Türkiyənin 10 ən gözəl çimərliyinin siyahısını təqdim edir:
Ölüdəniz
Ağ qumları, firuzəyi dənizi və ətraf dağları ilə Ölüdəniz Türkiyənin ən məşhur çimərliklərindən biridir. Bu çimərlik sizə yamac paraşütü ilə möhtəşəm mənzərəni izləmək imkanı təqdim edir.
Çıralı
Çıralı həm təbiəti, həm də tarixi zənginliyi ilə məşhurdur. Yanardaşın düz yanında yerləşən bu çimərlik sakit və dinc bir tətil axtaranlar üçün idealdır.
Kaputaş sahili
Mavi və yaşıl çalarların bir araya gəldiyi və dar bir sahilin aşağı endiyi bu çimərlik göz qamaşdıran gözəl təbiəti ilə tanınır.
Akyaka
Təbii gözəllikləri ilə diqqət çəkən Akyaka, xüsusilə yay aylarında sakit atmosferi və möhtəşəm təbiəti ilə böyük diqqət çəkir. Gökova körfəzinə baxan çimərlik də uçurtma sörfçüləri üçün məşhur yerdir.
Patara çimərliyi
Antalyanın ən uzun çimərliklərindən biri olan Patara həm də tarixi xarabalıqları ilə məşhurdur. Təbii həyatı və geniş qum sahələri ilə diqqət çəkir.
Bozcaada
Egey dənizinin incisi olan Bozcaada təmiz dənizi və sakit atmosferi ilə seçilir. Mədəni quruluşu və ənənəvi daş evləri ilə dinc istirahət üçün idealdır.
Datça
Datça həm təbiəti, həm də təmiz çimərlikləri ilə tanınır. Müxtəlif körfəzləri və çimərlikləri ilə sakit istirahət axtaranlar üçün əla seçimdir.
Kabak
Fəthiyə yaxınlığında yerləşən Kabak körfəzi təbiətlə əhatə olunmuş mükəmməl bir çimərlikdir. Təbiəti, düşərgə sahələri və təmiz dənizi ilə dinc istirahət məkanı təklif edir.
Bodrum sahili
Bodrumun Gümüşlük, Yalıkavak və Türkbükü kimi sahil şəhərləri dəniz və gecə həyatı arasında mükəmməl bir tarazlıq yaradır. Fərqli tətil ehtiyacları olanlar Bodrumun sakit və turistik çimərliklərinə müraciət edə bilərlər.
Alanya
İstər tarix, istərsə də turizm baxımından çox zəngin olan Alanya geniş sahil keçidi, çimərlikləri və izdihamsız kəndləri ilə yay tətilinin vazkeçilməz yerlərindən biridir.