Cənubi İtaliyaya Abruzzo, Apuliya, Bazilikata, Kalabriya, Kampaniya, Molize və Siciliya regionları daxildir. Milan və digər şimal şəhərləri qışda qar altında qaldığı zaman, Siciliya və Kalabriya turistləri yumşaq günəş və mülayim iqlimlə sevindirir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət və memarlıqla yanaşı, cənub həm də İtaliyanın kulinariya ürəyidir: üzüm bağları, zeytun ağacları, bərk buğda sortlarından hazırlanan makaron, dəniz məhsulları və əlbəttə ki, məşhur yerli şərablar.
İyun - avqust: istilik, çimərliklər və festivallar
Siciliya, Eoli adaları və Amalfi sahili çimərlikləri mayın sonundan etibarən dolmağa başlayır. Avqustda bir çox şəhərlər boşalır: yerli sakinlər Kampaniya sahillərinə, Tropeyaya və ya Çefaluya üz tutur. Axşam konsertləri, kulinariya festivalları və zəngin gecə həyatı.
Mənfi cəhət: dözülməz istilər və böyük izdiham.
Aprel – may və sentyabr – oktyabr: "qızıl orta"
İsti, quru və günəşli hava, amma yandırıcı istilər olmur.
Ekskursiyalar, gəzintilər və sakit dəniz tətili üçün ideal vaxt.
Siciliyada temperatur +30°C-yə qədər yüksəlir, hətta sentyabrda belə.
Sentyabrda üzüm yığımı və kulinariya festivalları (sagre) keçirilir.
Oktyabrda dağlarda şabalıd və göbələk mövsümü başlayır. Həm dəniz, həm də atmosfer axtaranlar üçün ən uyğun dövrdür.
Noyabr - mart: sakitlik və qışın kəşfləri
Turistlər azalır, otel və aviabiletlərin qiymətləri 30 faiz ucuzlaşır.
Şopinq və Milad yarmarkaları üçün əlverişli vaxtdır.
Kalabriyada (Milli Sila Parkı) və Kampaniyada (Lacheno gölü) dağ-xizək kurortları işləyir.
Siciliyada Etna vulkanında da dekabrdan martadək xizək sürmək mümkündür.
Yanvar ən sakit dövrdür, fevralda isə karnaval mövsümü başlayır.