Dünyanın ən yaxşı hava əlaqəsi olan  HAVA LİMANLARI
06 sentyabr 2024 17:49 (UTC +04:00)

Dünyanın ən yaxşı hava əlaqəsi olan HAVA LİMANLARI

Dünyanın ən yaxşı hava əlaqəsi olan hava limanları açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Beynəlxalq Hava Limanı (Türkiyə) hazırda dünyanın hər yerindən ümumilikdə 309 istiqamətə keçidlə dünyanın ən yaxşı əlaqəsi olan hava limanı kimi tanınıb.

İkinci, üçüncü və dördüncü yerləri Avropanın üç əsas kontinental mərkəzi tutur: Almaniyanın Frankfurt-am-Mayn (296 istiqamət), Fransanın Paris-Şarl de Qoll (282 istiqamət) və Amsterdamdakı Hollandiyanın Schiphol (270 istiqamət). 

Dubay Hava Limanı (BƏƏ) 269 istiqamətlə altıncı yerdə qərarlaşıb. Ardınca isə cədvəldə yeddinci, səkkizinci və doqquzuncu yerləri tutan Dallas-Fort Uort (ABŞ), Şanxay Pudonq (Çin) və Atlanta (ABŞ) gəlir.

İlk onluğa daxil olan digər Avropa hava limanı isə öz gediş ekranlarında 234 istiqamətlə onuncu yerdə qərarlaşan Romanın Fiumicino (İtaliya) hava limanıdır. 221 istiqamətlə London Hitrou (Böyük Britaniya) 12-ci yeri tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Sevinc Fərid

Oxşar yazılar