2024-cü ildə harada dincəlmək lazımdır?- Dünyanın ən yaxşı çimərlikləri
18 iyul 2024 10:27 (UTC +04:00)

2024-cü ildə harada dincəlmək lazımdır?- Dünyanın ən yaxşı çimərlikləri

Yay mövsümü tam sürətlə davam edir. Səyahətçilər ucuz və keyfiyyətli tətil edə biləcəkləri yerlər axtarırlar, xüsusən də çimərlikdə və təmiz suda üzmək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər tərəfindən tərtib edilmiş reytinq seçiminizi etməkdə sizə kömək edə bilər.

Siyahıya daxil olan çimərliklər qızıl qumu, gözəl sahilləri və kristal mavi suları ilə cəlbedicidir. Reytinqin lideri isə Falesia çimərliyi (Portuqaliya) olub. Orada istirahət edənlər günəş vannası qəbul edə, üzə, sörf edə, həmçinin qayaların üzərindəki mənzərəli cığırlarda gəzə bilərlər. Çimərliyin hətta Mavi Bayraq mükafatı var.

Siyahıda növbəti yerdə ağ qumu, təmiz suyu və sakit atmosferi ilə turistlər arasında məşhur olan Spiaggia dei Conigli çimərliyi (Lampeduza adası, İtaliya) dayanır. Üçüncü yerdə yaşıl təpələr və şəhər binaları ilə əhatə olunmuş mənzərəli körfəzdə yerləşən La Concha Beach (İspaniya) qərarlaşıb. Çimərlik boyunca gözəl məhəccərləri və fənərləri olan zərif gəzinti yeridir.

Reytinqdə həmçinin Kaanapali Beach (Havay, ABŞ), Grace Bay Beach (Turks və Caicos adaları), Anse Lazio Beach (Seyşel adaları), Manly Beach (Sidney, Avstraliya), Eagle Beach Beach (Aruba), Siesta Beach ( Florida, ABŞ) və Varadero çimərliyi (Kuba) var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Fidan İlqar

Oxşar yazılar