“YouTube”un tərtibatçıları “like” və “dislike” düymələri üçün yeni dizaynı sınaqdan keçirirlər. Bu haqda sözügedən xidmətin rəsmi “Twitter” hesabında məlumat verilib.
Lent.az “ICTnews”a istinadən bildirir ki, tərtibatçılar “dislike”ların sayını gizlədən rejimi sınaqdan keçirirlər.
Qeyd edək ki, videolara əvvəlki kimi “dislike” qoymaq mümkün olacaq. Amma onların ümumi sayını yalnız videoların müəllifləri görə biləcəklər.