"YouTube"da  yeni FUNKSİYA : Birgə canlı yayım
06 fevral 2023 16:48 (UTC +04:00)

"YouTube"da yeni FUNKSİYA: Birgə canlı yayım

Ötən ildən "Google" şirkəti "YouTube"da "Go Live Together" adlı birgə canlı yayımlar funksiyasını test edirdi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə məlum olub ki, bu funksiya bütün "YouTube" istifadəçiləri üçün istifadəyə verilib.

Go Live Together funksiyası "YouTube"da canlı yayım zamanı istifadəçiyə digər istənilən istifadəçini canlı yayıma dəvət etmək imkanını verir. Bu halda istifadəçi hətta canlı yayım izləyicisini də dəvət edə bilər.

Dəvət isə öz nöbəsində link formasında istifadəçiyə göndərilir. Məlumatda qeyd edilib ki, "YouTube" üzərindən reallaşdırılan birgə canlı yayımlarda yalnız iki nəfər iştirak edə bilər. Bununla belə canlı yayımı reallaşdıran şəxs dəvət edilmiş istifadəçini canlı yayımdan çıxarıb onun yerinə digərini dəvət edə bilər.

# 2841
avatar

Fidan İlqar

Oxşar yazılar