YouTube istifadəçilərin rahatlığı üçün yeni funksiya əlavə edir
31 yanvar 2021 10:30 (UTC +04:00)

YouTube istifadəçilərin rahatlığı üçün yeni funksiya əlavə edir

Youtube-a çoxdan gözlənilən yenilik gəldi. Artıq istifadəçilər videolardan 5-60 saniyəlik hissələr kəsib müxtəlif platformalarda paylaşa biləcəklər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Youtube istifadəçiləri tezlikdə yeni funksiyanı istifadə edə biləcəklər. Hələ test mərhələsində olan və yalnız bəzi hesablarda istifadə edilə bilən bu yeni 'Clips' funksiyası sayəsində istifadəçilər videolarından və canlı yayımlarından qısa videoları kəsib düzəldə və fərqli platformalarda paylaşa biləcəklər.

İlkin məlumata görə, bu funksiyadan uşaqlar üçün hazırlanan videolarda, 8 saatdan çox canlı yayımlarda və hələ də davam edən canlı yayımlarda istifadə etmək olmayacaq. Bundan əlavə, video istehsalçıları sözügedən məzmunu silsələr, bu qısa videolar da silinəcəkdir.

Bu funksiya ilə bir növ YouTube videolarının önizləməsi yaradılacaq və insanlar bu videoları asanlıqla sosial media hesablarında paylaşa biləcəklər. Görünür ki, bu yenilik ilə Youtube öz videolarına daha çox diqqət çəkmək istəyir.

# 3171
avatar

Oxşar yazılar