Ostankino qülləsi böyüklüyündə Yerə yaxınlaşan asteroidin təhlükəsi açıqlanıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 16-da Yerin yaxınlığından keçməyi təxmin edilən asteroidin diametri 800 metrdir.
Astrofizika Optik Rəsədxanasının rəhbəri Aleksandr İvanov onun planetimiz üçün təhlükəsini qiymətləndirib.
İvanovun sözlərinə görə, asteroid Yerdən 4,5 milyon kilometr uzaqlıqda keçəcək. Bu da Aya nisbətən 11 dəfə uzaq məsafə deməkdir. Onun saniyədə 24 kilometr sürətlə uçduğu bildirilir.
“Obyekt unikaldır, ölçüsü 800 metr olan daşlar o qədər də tez uçmur. Məsələn, Yerə çırpılması ilə tanınan “Apofis” cəmi 300 metr idi”, - deyə İvanov qeyd edib.