Yerdə iqlim xaosu və fəlakət <span class="red_color" XƏBƏRDARLIĞI
19 may 2021 19:15 (UTC +04:00)

Yerdə iqlim xaosu və fəlakət

Potsdam İqlim Dəyişikliyi İnstitutunun işçiləri Yer planetinin gələcəyi üçün kədərli proqnozlar veriblər. 

Lent.az xarici mediaya istinadla verdiyi xəbərə görə, ekspertlərin fikrincə, bəşəriyyət artıq başlayan qlobal istiləşmə prosesinə heç bir əhəmiyyətli təsir göstərə bilməyəcək. Planeti iqlim xaosu gözləyir.

Bütün insan nəsli üçün bir fəlakət proqnozlaşdıran elm adamları, Paris iqlim razılaşmasının şərtlərinin artıq tətbiq edilməyəcəyinə qətiyyətlə əmindirlər.

Son tədqiqatlar temperaturun yüksəlməsinin qarşısını almağın mümkün olmadığını göstərir. Yeni iş çərçivəsində 400 iqlim modeli təhlil edilib. Bunun 50-dən çoxu başlayan istiləşməyə real təsir göstərə bilər. Əldə olunan ən maksimum nəticə temperatur artımının 1,5 dərəcə Selsi həddində qalmasıdır.

Ekspertlər hesab edir ki, hətta bu vəziyyətdə belə, yalnız 20 hazırlanmış ssenari tətbiq edilə bilər.

Bunlara ağacların kütləvi əkilməsi, enerji istehlakının azaldılması, CO2 uducu qurğuların inkişafı və qurumuş ərazilərin yenidən su ilə təmin olunması daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6069
avatar

Oxşar yazılar