Yalnız burun üçün maska hazırlandı 
29 mart 2021 19:19 (UTC +04:00)

Yalnız burun üçün maska hazırlandı 

Meksikadan olan elm adamları yalnız buruna taxılan qoruyucu maska hazırlayıblar

Lent.az xarici mediaya istinadla bildirir ki, belə bir qoruma vasitəsi, yaradıcılarının dediyi kimi, burun və ağzı örtən tam maskanı əvəz etmir.

Bu miniatür maskanı ictimai yerlərdə yemək yeyərkən taxmaq lazımdır.

Bu, COVID-19-a yoluxmaq şansını azaldacaq əlavə bir maneədir.

Burun maskası adi bir maska altında taxıla bilər.

Tədqiqatçılar əvvəllər pambıq maskalarının faydalı xüsusiyyətlərini kəşf etmişdilər.

Belə maskalar insanın nəfəs almasından nəmləndikdə qoruyucu xüsusiyyətlərinin artdığı ortaya çıxıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Oxşar yazılar