Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı edən “Xiaomi” şirkəti elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keçirdib.
Lent.az “technote”a istinadən xəbər verir ki, şirkətin elektromobil istehsalı edəcək “Xiaomi EV Inc.” adlı şöbəsi artıq aktiv inkişaf mərhələsinə keçid edib.
İlkin büdcə 1.55 milyard dollardır. Filialda artıq 300 əməkdaş çalışır.
Qeyd edək ki, bu ilin mart ayında “Xiaomi” rəsmi şəkildə elan etmişdi ki, elektriklə çalışan nəqliyyat istehsalına növbəti 10 il ərzində 10 milyard dollar investisiya yatırmağı planlaşdırır.