Qəribə elanı Fransanın Tuluz şəhərindəki Kosmik Tibb İnstitutu verib.
Lent.az-ın məlumatına görə, kosmik uçuşlarla bağlı sınaqlar üçün 12 könüllü axtarılır. Onların dördü 60 gün 10 dərəcə bucaq altında çarpayıda yatacaq. 4 nəfər tərs velosiped sürəcək, 4 nəfər isə sentrifuqada fırladılacaq.
İddiaçılara 18 000 avro (35 000 manat) kompensasiya veriləcək. İddiaçılar idmanla məşğul olanlar arasından seçiləcək. sınaqlar apreldən başlayacaq.