Windows 11 istifadəçi məlumatlarını yığaraq onları kənar şirkətlərə ötürür
13 fevral 2023 19:11 (UTC +04:00)

Windows 11 istifadəçi məlumatlarını yığaraq onları kənar şirkətlərə ötürür

Windows 11 böyük miqdarda istifadəçi məlumatlarını təkcə Microsoft-a məxsus resurslara deyil, həmçinin Google serverlərinə və marketinq tədqiqatları sahəsində fəaliyyət göstərən şirkətlərə ötürür.

Lent.az-ın məlumatına görə, bunu PC Security Channel adlı Youtube kanalının müəllifləri Windows 11 ilə Windows XP-nin şəbəkə aktivliklərini müqayisə edən zaman aşkar ediblər. Bəzi konspiroloji fərziyyələrin tərəfdarları düşünürlər ki, Windows 11 ilk növbədə casus proqram təminatıdır və onun sayəsində yığılmış istifadəçi məlumatları gec-tez darknetdə satışa çıxarılır. Bu cür fərziyyələr sözün əsl mənasında şişirdilmiş olsalar da, əməliyyat sistemi həqiqətən də böyük həcmdə istifadəçi məlumatları yığmaqla məşğul olur.

Yığılmış məlumatlar Microsoft şirkətinə məxsus olan resurslardan əlavə olaraq Akamai adlı CDN provayderin ünvanlarına, Digicert sertifikatlaşdırma mərkəzinə, Google şirkətinə, McAfee antivirus şirkətinə, ScorecardResearch adlı marketinq araşdırmaları layihəsinə və markektinq araşdırmaları sahəsində fəaliyyət göstərən Onetrust şirkətinə göndərilir. Maraqlısı ondadır ki, bütün bu şəbəkə aktivliyi internetə ilk dəfə qoşulmuş Windows 11 əməliyyat sistemli noutbukda müşahidə edilib. Bütün bu şəbəkə aktivliyini müşahidə etmək üçün PC Security Channel adlı Youtube kanalının müəllifləri noutbuka trafikin analizini reallaşdıran Wireshark adlı tətbiqi quraşdırıblar. Müqayisə üçün onlar eyni tətbiqi Windows XP-yə də quraşdırıblar.

Windows XP-də trafikin analizi onu göstərib ki, köhnə əməliyyat sisteminin əlaqə qurmağa çalışdığı yeganə server Windows Update resursu olub. Windows 11 isə ilk dəfə internetə qoşulan zaman yuxarıda sadalanmış resurslarla əlaqə qurmağa çalışır. Bununla belə əməliyyat sistemi bunun üçün istifadəçidən heç hir icazə istəmir. Təbii ki, yeni nəsil əməliyyat sistemnin imkanları Windows XP-nin imkanlarını üstələyir və belə bir qənaətə gəlmək olar ki, Windows 11-in bəzi funksiyaları internetə qoşulmadan çalışa bilmirlər. Lakin əməliyyat sisteminin əlaqəyə girməyə çalışdığı resurslar siyahısında onun baza funksiyalarının iş prosesləri ilə əlaqəli olan resurslar aşkar edilməyib. Həmin resurslar sadəcə olaraq istifadəçi məlumatlarını yığaraq reklamların relevantlıqlarını daha da yaxşılaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

Oxşar yazılar