“WhatsApp”dan yeni funksiya
25 may 2023 22:19 (UTC +04:00)

“WhatsApp”dan yeni funksiya

“WhatsApp” messencerinin tərtibatçıları proqramda yeni funksiya üzərində işləyirlər.

Lent.az xəbər verir ki, istifadəçilər telefon nömrəsi olmayan kontaktı tapmaq asanlaşdırmaq üçün özləri üçün ləqəb yarada biləcəklər.

"Bu potensial olaraq kontaktların əlavə edilməsini asanlaşdıracaq və daha çox məxfilik təmin edəcək, çünki şəxsi telefon nömrənizi heç kimlə paylaşmağa ehtiyac olmayacaq", - deyə bildirilib.

Funksiya artıq aktiv inkişaf mərhələsindədir və gələcək messencer yeniləməsində görünəcək.

Çox vaxt yeni WhatsApp funksiyaları əvvəlcə Android proqramında görünür, sonra isə iOS tətbiqinə yayılır.

# 5256
avatar

Oxşar yazılar