“Whatsapp”dan faydalı funksiya: Şəkillərin keyfiyyəti...
23 yanvar 2023 10:45 (UTC +04:00)

“Whatsapp”dan faydalı funksiya: Şəkillərin keyfiyyəti...

“Whatsapp” günü-gündən inkişaf etməyə davam edir.

Lent.az “Wabetainfo”a istinadən xəbər verir ki, bu dəfə şirkət şəkillərlə bağlı yenilik edib.

Belə ki, tətbiqin yeni beta versiyasında “HD Photos” funksiyası istifadəçilərə təqdim edilib. Yeni funksiya vasitəsilə istifadəçi tərəfindən göndərilən şəklin hansı keyfiyyətdə olduğu məlum olacaq. Bundan əlavə, göndərdiyiniz fotoların keyfiyyətini şəxsən özünüz seçə bilərsiniz.

Bunun üçün şəkil göndərilərkən panelə xüsusi bir düymə əlavə edilib.

 

# 2997
avatar

Sevinc Fərid

Oxşar yazılar