“WhatsApp” bunu da etdi   - Başqa hesabları şikayət edə biləcəksiniz
23 sentyabr 2021 12:27 (UTC +04:00)

“WhatsApp” bunu da etdi - Başqa hesabları şikayət edə biləcəksiniz

Məşhur “WhatsApp” mesajlaşma proqramının beta versiyasında kəşf edilən yeni xüsusiyyət haqqında çox danışılacaq.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Whatsapp”ın İOS-a özəl 2.21.190.12 beta versiyasında iOS istifadəçiləri başqa istifadəçiləri şikayət edə biləcək. “WhatsApp”ı spam və zəhlətökən mesajlara qarşı daha yaxşı proqram halına gətirməyi hədəfləyən bu tətbiq, hazırda yalnız iOS üçün mövcuddur. Buna görə spam mesajı alan şəxs həmin istifadəçini bildirə və ya blok edə biləcək. Bunun üçün həmin istifadəçinin “WhatsApp”a göndərdiyi son 5 mesaj arasındakı spamları bildirmək lazım gələcək.

Uğurlu olarsa, bu xüsusiyyətin normal versiyaya keçəcəyi və sonra Androidə əlavə ediləcəyi gözlənilir.

# 8421
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar