Uçan taksilərin kütləvi istehsalına başlanılır
27 fevral 2021 19:52 (UTC +04:00)

Uçan taksilərin kütləvi istehsalına başlanılır

Uçan taksi və digər dronların hazırlanması ilə məşğul olan Çinin “EHang” şirkəti 2021-ci ilin ikinci rübündə “EH216” adlı ikinəfərlik uçan taksilər istehsal edən zavodunu istifadəyə vermək niyyətindədir.
 
Lent.az “EHang” şirkətinə istinadən xəbər verir ki, Quandun əyalətinin Yunfu şəhərində inşa edilən və sahəsi 24 min kvadrat metr olacaq zavodda ildə 600 “EH216” taksi istehsal ediləcəyi təxmin edilir. 

Tələbat çox olduğu təqdirdə uçan taksi istehsalının həcmi artırıla bilər. Zavodun ərazisində, həmçinin, tədqiqat mərkəzi və sınaq poliqonu tikiləcək.
 
Hazırda “EHang” şirkəti Quancjouda yerləşən mənzil-qərargahında sürücüsüz idarə olunan taksi və başqa dronlar istehsal edir. Yeni zavod istifadəyə verildikdən sonra şirkətin əsas ofisi öz diqqətini yeni məhsulların hazırlanmasına yönəldəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2871
avatar

Oxşar yazılar